Sabah 17° isti olacaq

CƏMİYYƏT 05.03.2024 3003

Martın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Saat24.az"a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top