![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/3/5/1/01c46161-13c7-4c6e-bf93-2440cb6d7d13/1702460619imtaha_b1677152531.jpg)
Magistraturaya qəbul imtahanında xarici dil üzrə danışıq bloku sualları da əlavə olunacaq.
"Saat24.az" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, hazırda xarici dildə magistratura qəbul imtahanları aparılır:
"Onların xarici dil biliklərinin CEFR səviyyəsi üzrə göstəricisi B+ a uyğundur. Doktoranturaya qəbul imtahanı və Fəlsəfə doktoru imtahanında xarici dil üzrə dinləyib anlama, yazma, oxuma və danışıq bloku yoxlanılır. Artıq növbəti mərhələdə danışıq bloku magistratura üzrə imtahanlarda da tətbiq olunacaq".