Mürsəl İbrahimov daha bir rəisi işdən çıxardı

Manşet
CƏMİYYƏT 01.03.2024 2302
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi işdən çıxarılıb.

"Saat24.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, Xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə 1981-ci il təvəllüdlü polkovnik-leytenant Həsənov Nicat Zəfər oğlu sərəncama götürülüb.

Rəis vəzifəsi müvəqqəti olaraq Hüseyn adlı şəxsə həvalə edilib.

Qeyd edək ki, Nicat Həsənov daha öncə digər rayonların hərbi komissarı vəzifələrində çalışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi general-polkovnik Arzu Rəhimovun müvafiq əmri ilə 22.12.2019 tarixindən Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi təyin edilib.

Xatırladaq ki, bundan əvvəl Mürsəl İbrahimov Xidmətin Sabirabad rayon şöbəsinin rəisi polkovnik-leytenant Əlsafa Məmmədovu işdən azad edib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top