Həmkarlarınızla gərginlik yaşaya bilərsiniz - BÜRCLƏR

CƏMİYYƏT 29.02.2024 2674

Astroloqlar 29 fevral 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Saat24.az" həmin proqnozları təqdim edir:

Qoç:

Bu gün dostunuzdan alacağınız xəbərlə bağlı keçmiş və təcrübələriniz haqqında düşünə bilərsiniz. Duyğularınızın öhdəsindən gəlməyə çalışarkən, həm də maliyyə böhranlarının öhdəsindən gəlməyə səy göstərəcəksiniz. 

Buğa:

Bu gün özünüzü o qədər əsəbi hiss edə bilərsiniz ki, ortağınız və ya tərəfdaşlarınızla yol ayrıcına gələ bilərsiniz. Karyera və ortaqlıqlarla bağlı ortaq məxrəcə gələ bilmək asan olmaya bilər, amma qarşılaşacağınız hər hansı vəziyyət sizi inkişaf etdirmək və böyütmək üçün olacaq.

Əkizlər:

Gün ərzində başa çatdırmaq istədiyiniz işin üzərində işləmək üçün həmkarlarınızla görüşə bilərsiniz. İş sahənizdə sizə qarşı ədalətsiz olduğunu düşündüyünüz problemlərlə qarşılaşa bilərsiniz. Biznesiniz haqqında dərindən araşdırma apara və gələcək həftələrdə yaxşı bir başlanğıc etmək üçün imkanlar yarada bilərsiniz. 

Xərçəng:

Partnyorunuzla müəyyən gərginlik yaşaya bilərsiniz, amma yenə də gələcək üçün planlar quracaqsınız. Uşaqları olan xərçənglər üçün bəzi sağlamlıq problemləri yarana bilər. Tətil planları qurmaq və təhsillə bağlı araşdırma aparmaq üçün münasib gün olacaq.

Şir:

Bu gün ailə və ev həyatınızla bağlı böhranların həlli üçün axtarışlarınız artacaq. Həyat yoldaşınızla olan gərginliyiniz günün ilk saatlarında xərclər və borclar səbəbindən arta bilər. 

Qız:

Bu gün ətrafınızdakı insanlar və həmkarlarınızla gərginlik yaşaya bilərsiniz. Səhər saatlarında nəqliyyatda diqqətli olmalısınız. 

Tərəzi:

Sizi daha çox maliyyə resursları, investisiyalar və xərclər maraqlandıracaq. Xüsusilə biznes investisiyalarınızla bağlı məsələlər gündəminizdə olacaq. Səhhətinizlə bağlı xərcləriniz ola bilər.

Əqrəb:

Bu gün özünüzə diqqət yetirəcəksiniz, lakin bəzi işlər yaxşı getməyə bilər. Özünüzü gərgin müzakirələrdə tapa bilərsiniz, xüsusən də özünüzü emosional olaraq ifadə edərkən. Ailədə həll etməli olduğunuz problemlər ola bilər. 

Oxatan:

Bu gün dostlarınızla ünsiyyət quraraq, daxili aləminizdə tarazlığı qorumağa çalışa bilərsiniz. Ətrafınızdakı insanlarla ünsiyyət qurmaqda çətinlik çəkə, kommersiya razılaşmaları və müqavilələrlə bağlı gözlənilməz böhranlar yaşaya bilərsiniz. Sizi dərindən kədərləndirən məsələlər haqqında danışmaqda çətinlik çəkəcəksiniz.  

Oğlaq:

Dostlarınız və ictimai ətrafınızla bağlı məsələlər bu gün gündəminizi zəbt edəcək. Dostlarınızla aranızda emosional böhranlar yarana bilər. Xüsusilə iş və karyera həyatınızda birlikdə olduğunuz insanlarla problemlər yarana bilər. 

Dolça:

Bu gün nüfuzlu vəzifələrdə olan insanlarla problemlər böyüyə bilər. Böhran idarəçiliyi iş və karyera həyatınızda ön planda olacaq. 

Balıqlar:

Səyahətlərlə bağlı məsələlər gününüzü zəbt edərkən, hüquqi işlərinizdə böhranlar yarana bilər.

XƏBƏR LENTİ
20.04.2024 2028

DİGƏR XƏBƏRLƏR

Loading
Top