Samir Nuriyev yeni naziri kollektivə təqdim etdi

Sadə xəbər
CƏMİYYƏT 28.02.2024 2276

Fevralın 28-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev ədliyyə naziri Fərid Əhmədovu kollektivə təqdim edib.

"Saat24.az" xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir ədliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyev adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və məqsədyönlü hüquqi islahatlar nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun yeni inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətini tənzimləyən normativ-hüquqi baza formalaşdırıldı, nazirliyin səlahiyyətləri genişləndirildi, cəmiyyətdə rolu artdı.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top