![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/2/28/1/3d0de437-1c87-4c3b-91ee-32e210e31b46/1709093388trend_lacin_koc_280224_7-1.jpg)
Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
"Saat24.az" xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür.
Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Bununla ümumilikdə Laçın şəhərinə 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).