İstanbulun Beylikdüzü səmtində 4 yaşlı oğlunu ürəyindən bıçaqlayaraq öldürən qadın həbs edilməyib.
"Saat24.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin fevralında baş verib. Hakim qarşısına çıxarılan Sara Olabin məhkəmə zalında cinayəti törətmədiyini iddia edib.
O, ilkin müdafiəsində "Hələ də hadisəyə inanmıram, baş verənləri pis yuxu kimi düşünürəm. Uşağımı itirmişəm, lakin buna inanmıram. Sanki bunu başqası edib. Mən deyildim, uşağımı sevirəm, azadlığa çıxmaq istəyirəm”, - deyib.
Məlum olub ki, gənc ana 11 ildir antidepressant dərmanlardan istifadə edir. Məhkəmə Olabinin "qəsdən qəsdən adam öldürmə" cinayətini sübuta yetirsə də, müttəhimin ruhi xəstəliyinə görə cəzalandırılmasına ehtiyac olmadığına və şübhəlinin yüksək mühafizəli sağlamlıq müəssisələrində qorunub saxlanılmasına qərar verib. Digər tərəfdən, qərarı eşidən qatil ana hakimə təşəkkür edib.