Bitkilərə baxmaq mənfi emosiyaları azaldır

Sadə xəbər
CƏMİYYƏT 14.02.2024 3064

Meşədə virtual gəzinti stress keçirmiş insanlarda mənfi emosiyaların səviyyəsini azaldır.

"Saat24.az" xəbər verir ki,  bu barədə britaniyalı psixoloqlar məlumat yayıblar. 

Alimlər 372 nəfərin iştirakı ilə onlayn araşdırma aparıblar. Əvvəlcə insanları yanğın sirenini işə salmaqla əsəbiləşdiriblər. Daha sonra isə meşədən panoramik videoya baxmağı təklif ediblər. 

İştirakçıların müsbət emosiyaların səviyyəsi siren səsini dinlədikdən sonra azalıb və meşədən videoya baxdıqdan sonra artıb. Reklamlarda biomüxtəlifliyin artması insanların hisslərinə az təsir edib. Bununla belə, daha çox bitki görən və fərqləndirə bilənlərdə mənfi duyğular daha çox zəifləyib. 

Videoya baxmaq təbiətlə güclü əlaqəsi olduğunu bildirənlərə daha çox müsbət emosiyalar gətirib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top