Avstraliyanın Vollonqonq Universitetinin alimləri müəyyən ediblər ki, hətta itlə qısa müddətli qarşılıqlı əlaqə insan qanında stress hormonu olan kortizolun səviyyəsini azalda bilər.
"Saat24.az" xəbər verir ki, tədqiqatın nəticələri Beynəlxalq Psixofiziologiya jurnalında (IJP) dərc edilib.
Alimlər insan-heyvan qarşılıqlı əlaqəsi ilə bağlı əvvəlki 129 elmi araşdırmanın sistematik icmalında müəyyən ediblər ki, iti oxşamaq və onunla oynamaq insan qanında kortizolun (stress hormonu) səviyyəsini azaldır.
Bundan əlavə, insanlarla heyvanlar arasında ünsiyyət zamanı qanda başqa bir hormon olan oksitosinin konsentrasiyası artır. Oksitosin sinir sistemindən əzələlərə siqnal ötürən bioloji aktiv maddə olan nörotransmitterdir. Buna bəzən sevgi və məhəbbət hormonu da deyirlər.
Böyük Britaniya alimləri tərəfindən aparılan başqa bir araşdırmada müəyyən edilib ki, itlərlə müntəzəm ünsiyyət uşaqların idrak qabiliyyətlərini yaxşılaşdırmağa kömək edir. Bu, çox güman ki, ev heyvanına qulluq ehtiyacı, həmçinin fiziki fəaliyyət və konsentrasiyanın artması ilə əlaqədardır.
Bir çox ekspertlər də iddia edirlər ki, itlərin diqqətli olması və ətrafdakı dünyaya müsbət münasibəti sahibləri üçün müsbət nümunədir. Bundan əlavə bildirilib, ev pişikləri sahiblərinin sağlamlığına faydalı təsir göstərə bilər.