Qaraciyər sağlamlığımızı necə qoruyaq?

Sadə xəbər
Səhiyyə 12.02.2024 3273

Qaraciyər problemləri bu gün çox rast gəlinən xəstəliklərdir. Mütəxəssislərin araşdırmalarına görə, sağlam qidalanma vərdişlərinin olması qaraciyər yağlanmasının qarşısını alır. Qaraciyər yağlanması sağlamlığımızı mənfi təsir edən bir sağlamlıq problemidir. Düzgün qidalanma ilə bu problemdən qaçmaq olar.

“Saat24.az” xəbər verir ki, bunun üçün ən yaxşı üsullardan biri düzgün yağlardan istifadə etməkdir. Doğru yağlardan istifadə edə, xüsusən də bitki yağlarından, zeytun yağı və ya avokado yağı kimi yağlara üstünlük verə bilərik. Bunun xaricində balıq yağı, kətan toxumu, qoz kimi yağlı mənbələri omeqa-3 əlavələri baxımından istehlak etsək, bu, qaraciyərimizdəki yağlanmanın azalmasına kömək edər.

Qaraciyər yağlanmasını minimuma endirmək üçün kifayət qədər protein istehlak edilməsi lazım olduğuna diqqət çəkən alimlər, “Biz də kifayət qədər protein istehlak etməliyik. Protein mənbələri arasında balıq, toyuq və hinduşka kimi yağlı protein qaynaqlarına, xüsusilə az yağlı ağ ət sinfinə üstünlük verilə bilərik. Bundan əlavə, bol lifli qidalar istehlak etmək qaraciyər yağlanmasının qarşını ala bilər".

Tərkibində bol lif olan qidalar qəbul etmək,  həzm sistemimiz dəstəkləyir. Bu sayədə qaraciyərimizdə yağlanma azalır. Liflə zəngin qidalar, tərəvəzlər, meyvələr, paxlalılar və bütün taxıl məhsulları həzm sistemimizi tənzimləməyə kömək edir.

Tərəvəz istehlak edilərkən çiy və ya az bişmiş olması vacibdir. Bu yolla minerallardan maksimum dərəcədə faydalana bilərik. Xüsusilə yağlı qaraciyərlə bağlı su istehlakı da çox vacib faktordur. Su bədəndən toksinləri çıxarmağa kömək edir və qaraciyərin sağlamlığını qoruyur. Bundan əlavə, idman etmək qaraciyər sağlamlığımızın qorunmasına kömək edəcəkdir. Bütün bunları etsək, qidalanma vərdişlərimizi nəzərdən keçirsək, dietoloqun nəzarəti altında sağlam qidalanma vərdişləri əldə etsək, qaraciyər sağlamlığımızı qorumaq mümkündür.

XƏBƏR LENTİ
07.10.2024 2032

DİGƏR XƏBƏRLƏR

Loading
Top