Karateçilərimiz Tbilisidə keçirilən Avropa çempionatında 8 medal qazandılar

Sadə xəbər
idman 12.02.2024 2679

Azərbaycan karateçiləri Tbilisidə keçirilən Avropa Çempionatında uğurla çıxış edərək 8 medal qazanıblar.

"Saat24.az" xəbər verir ki, “European Cadet, Junior&21 Karate Championship” yarışında 49 ölkədən 1166 idmançı iştirak edib.

Azərbaycanlı idmançılardan Fərid Hacızadə (55 kq) və Aslan Dostuyev (61 kq) qızıl medal qazanıblar.

Daha iki idmançımız - Osman Osmanli (+84 kq) və Cahangir Qayıbov (+70 kq) isə gümüş medalla sahib olublar.

İdmançılarımız Hüseyn Məmmədli (67 kq), Ələddin Məlikov (63 kq), Rəvan Abbasov (57 kq), Vüsal Qəmbərov isə (52 kq) bürünc medal qazanıblar.

Çempionat hakimlərimiz üçün də uğurlu olub. Beynəlxalq dərəcəli iki azərbaycanlı hakimin də kateqoriyaları artırılıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top