Sadə xəbər
İndoneziya Sənaye Nazirliyi yeni "iPhone" modelinin ölkədə satışını qadağan edib.
"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər qadağalarını "Apple"ın İndoneziyanın investisiya məqsədlərinə çatmaması ilə izah ediblər.
Turistlər və ölkə vətəndaşları yeni model smartfonları yalnız şəxsi istifadə üçün və iki ədəddən çox olmayaraq idxal edə bilərlər.
Sənaye Nazirliyinin sözçüsünün məlumatına görə, avqust-oktyabr aylarında şəxsi istifadə üçün İndoneziyaya 9 minə yaxın ən son "iPhone" modeli gətirilib. Bu smartfonların ölkədə satışı qeyri-qanuni sayılır.