Sadə xəbər
Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda evdə "Bayern Münhen"i 4:1 hesabı ilə məğlub edən "Barselona"nın vingeri Rafinya 3 qol vurduğu oyun barədə fikirlərini bölüşüb.
"Saat24.az" xəbər verir ki, matçın ən yaxşı oyunçusu seçilən braziliyalı futbolçunun sözlərini "Barca Universal" belə çatdırıb:
"Bu matç karyeramın ən yaxşı oyunlarından biridir. Belə klubda oynamaq üçün böyük düşüncələrin olmalıdır. Bunu əvvəllər də demişəm... "Barselona"ya tarix yazmaq üçün gəlmişəm. İstəyimə çatmaq naminə hər gün səylə çalışıram".