Sadə xəbər
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib.
"Saat24.az"ın əldə etdiyi məlumata görə, bununla bağlı Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb.
Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı.