2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Azərbaycan Gəncləri yeni zəfərlərə doğru" mövzusunda görüş keçirilmişdir-Foto

Sadə xəbər
CƏMİYYƏT 31.01.2024 2189
29 yanvar 2023-cü il tarixində Mingəçevir Gənclər Evində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin və Mingəçevir Gənclər Evi sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə "Azərbaycan Gəncləri yeni zəfərlərə doğru" mövzusunda görüş keçirilmişdir. İlk olaraq Ulu öndər Heydər Əliyevin abidəsi önünə bir qrup gənclərlə birlikdə gül dəstələri düzülmüş, xatirəsi dərin ehtiramla yad edilmişdir. Tədbirin rəsmi hissəsi Ümummilli lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra "Gənclər paytaxtı 2023" layihəsi çərçivəsində həyata keçirilmiş bir sıra tədbirlərdən bəhs edən videoçarxa baxış keçirilmişdir. Tədbirin proqramına uyğun olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Dövlət Universitetinin dekanı Nizami Zeynalov, "İşıqlı Gələcək" İctimai Birliyinin sədri Samirin Xanlayev və Mingəçevir "ASAN xidmət" mərkəzinin əməkdaşı, gənc dövlət qulluqçusu Aysel Aslanova gənclərin cəmiyyətdə yeri, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan, habelə ölkə gənclərinin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindəki rolundan geniş çıxış etmiş, gənclərimizi əlamətdar gün münasibətilə təbrik etmişlər. Sonda gənclər siyasəti sahəsində uğurlu fəaliyyətlərinə görə bir sıra müəssisələr, eləcə də fərqlənən gənclər mükafatlandırılmışlar. 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top