Yasamalın icra başçısı sakinləri qəbul etdi - FOTOLAR

Sadə xəbər
CƏMİYYƏT 30.01.2024 2191

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq paytaxtın Yasamal rayonunda sakinlər üçün yanvar ayı üzrə növbəti qəbul keçirilib.

"Saat24.az" xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bir qrup sakini qurumun inzibati binasında qəbul edib.Tədbirdə həmçinin Yasamal RİH-in məsul şəxsləri, rayon bələdiyyəsinin və Mənzil Kommunal Təsərrufatı Birlyinin rəhbərliyi də iştirak edib. Sakinləri salamlayan İcra Hakimiyyətinin başçısı Elşad Həsənov onlardan təklif və müraciətləri bərədə ətraflı danışmağı xahiş etdi. İlk öncə söz alan Yasamal rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə vətəndaşların hakimiyyət orqanları tərəfindən mütəmadi qəbuluna dair tapşırığına görə dərin minnətdarlığını ifadə etdilər. Daha sonra növbə ilə söz alan Yasamal rayonunun sakinləri dövlət ehtiyacları üçün ərazilərin satın alınması ilə əlaqədar kompensasiya ödənişi, sosial yardım, 20 yanvar əlilləri üçün mənzil növbəsi və iş, kiçik sahibkarlıq fəaliyyəti üçün yer, məhəllədaxili yolların asfaltlanması və müxtəlif məsələləri əhatə edən digər mövzular qaldırdılar. 

İcra başçısı Elşad Həsənov qəbul zamanı müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına bir sıra konkret göstərişlər verdi. İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavablar və izahatlar verdi. Qəbul zamanı bəzi məsələlər yerindəcə həll edildi, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürüldü.

 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top