Rayon prokuroru təyin edilən qadınların sayı 4-ə çatdı

CƏMİYYƏT 16.01.2024 1549

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xızı və Samux rayon prokuroru vəzifəsinin icrası həvalə olunmuş Xəyalə Aslanova və Könül Ələsgərova həmin vəzifələrə təyin olunub.

"Saat24.az" xəbər verir ki, Xəyalə Aslanova 2012-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Əvvəllər Binəqədi rayon prokurorluğunda müstəntiq, Bakı şəhər prokurorluğunda şöbə, Baş Prokurorluqda isə idarə prokuroru vəzifələrində çalışıb.

Könül Ələsgərova isə 2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında işə qəbul olunub. Bu təyinata qədər Qax və Nizami rayon prokurorluqlarında müstəntiq və prokuror köməkçisi, bundan başqa Baş şəhər prokurorluğunda şöbə prokuroru və Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifələrində çalışıb. 

Bununla da, prokurorluq orqanlarında rayon prokuroru kimi çalışan qadın əməkdaşların sayı 4-ə çatıb. 

Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyinə xüsusi əhəmiyyət verilməklə gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top