Bu il pensiya artımı nə qədər olacaq? - AÇIQLAMA

Sosial 12.01.2024 3082

"Hər il ölkədə nə qədər inflyasiya olursa, pensiyalar ona uyğun olaraq indeksləşdirilir". 

Bunu "Saat24.az"a açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu ay olacaq indekləşmə ilə 500 manat pensiyası olan şəxs haradasa 50-60 manat əlavə vəsait alacaq. 

"Yanvar ayının sonunda bu məsələ öz həllini tapacaq. Bu artımı müsbət qiymətləndirirəm". 

Bu artımın ərzaq bazarındakı qiymətlərə uyğunluğuna gəlincə, deputat qeyd edib ki, rəsmi statistikaya uyğundur: "Rəsmi statistikada inflyasiya 10 faizə yaxın olur. Amma qeyri-rəsmi olaraq bazarda tək ərzağın inflyasiyası 20-30 faizə yaxın olub".

Qeyd edək ki, 2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top