Yanvarın 1-dən reseptdə dərmanların tərkibi yazılacaq

Sadə xəbər
CƏMİYYƏT 31.12.2023 3062

Reseptdə dərman vasitələrinin ticarət adının deyil, tərkibinin yazılması tələbi müəyyən edilib.

"Saat24.az" xəbər verir ki, bununla bağlı “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib.

Qanuna əsasən, təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddənin adının) olmadığı hallarda (üç və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) reseptdə latın əlifbasında əmtəə nişanı adı yazılır.

Reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ingilis dilində, təsiredici maddənin dozası, dərman vasitəsinin farmasevtik forması və dərman vasitəsinin istifadə qaydaları isə Azərbaycan dilində yazılır.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

XƏBƏR LENTİ
07.10.2024 2013

DİGƏR XƏBƏRLƏR

Loading
Top