Müəllimlərə yeni vəzifələr veriləcək - Nazir açıqladı

GÜNDƏM 29.12.2023 2046
"2024-cü ildə riyaziyyat və xarici dil fənləri üzrə sertifikatlaşdırma imtahanı olacaq”.

"Saat24.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV”də yayımlanan "Əsas Məsələ” verilişində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu il sertifikatlaşdırma imtahanından kəsilənlər 2024-cü ildə yenidən imtahan vermək şansı qazanıblar:

"2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsini planlaşdırırıq”.

Nazir əlavə edib ki, məktəb direktorları yuxarı bal toplamış müəllimlər arasından seçiləcəklər:
"Bu proses tədricən həyata keçiriləcək. İkinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplamış müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi hədəfimizdir. Hələlik bu adlar müzakirə edilir.

Çünki fərqləndirilmə olduqca önəmlidir. Əsas məsələlərdən biri də müəllimlərin yarımştatdan tam vəzifəyə keçirilməsidir. Prosesi səbirlə və mərhələli yerinə yetirsək, növbəti üç il ərzində müəllimlərin hazırlıq səviyyəsi, əməkhaqları daha da yaxşılaşacaq”.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top