DYP-dən küləkli hava ilə bağlı moped sürücülərinə MÜRACİƏT

CƏMİYYƏT 28.12.2023 2880

Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.

"Saat24.az" xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə müraciətində deyilir.

Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi cətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top