Dəmir yolunda hadisələrin araşdırılması qaydaları müəyyənləşdi

CƏMİYYƏT 27.12.2023 2323

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı Qaydaları”nı təsdiqləyib.

"Saat24.az" xəbər verir ki, bu qaydalar dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını müəyyən edir.

Azərbaycan Respublikasına məxsus dəmiryol hərəkət tərkibi ilə ölkə ərazisindən kənarda baş vermiş hadisənin araşdırılması MDB və Baltikyanı ölkələrin Dəmiryol Nəqliyyatı Şurasının 2020-ci il 27 noyabr tarixli 73 nömrəli iclas protokolu ilə təsdiq edilmiş “Qatarların hərəkəti və manevr işində təhlükəsizliyin pozulması üzrə xidməti araşdırma zamanı dəmiryol administrasiyalarının birgə fəaliyyəti qaydası barədə Təlimat”a müvafiq aparılır.

Hadisənin araşdırılması və qeydiyyata alınması ilə əlaqədar işçilərin qarşılıqlı fəaliyyətinə dair vəzifə təlimatı infrastruktur sahibi və ya qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən müəyyən edilir.

Aşağıdakı hadisələr barədə mövcud əlaqə vasitələrindən, o cümlədən telefondan, teleqrafdan istifadə etməklə dəmiryol nəqliyyatının aidiyyəti işçilərinə, ərazi üzrə dəmiryol nəqliyyatında

polis orqanlarına, yerli icra hakimiyyəti orqanlarına, əlaqəli dəmiryol hərəkət tərkibinin sahiblərinə, o cümlədən daşıyıcıya, həmçinin hadisənin xarakteri, onların səbəb olduğu nəticələrə uyğun digər aidiyyəti qurumlara dərhal məlumat verilir:

- qəza;

- ağır qəza;

- təhlükəli yükün dağılması (axması).

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top