![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/12/26/1/75000ca9-a133-45c0-8d11-d3497902d8d9/17035822171700720378_d5b57b40-7540-4c0f-81b2-382100a55761.jpg)
Zərdab Rayon Polis Şöbəsinə rayonun Şəftəhal kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd "F-1" əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 568 ədəd müxtəlif çaplı patron aşkarlanaraq aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1 nəfər rayon sakini müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Faktlarla bağlı araşdırmalar aparılır.