Uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir

Sadə xəbər
CƏMİYYƏT 22.12.2023 1208

Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.

"Saat24.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top