Ölüm vaxtını təyin edən proqram hazırlandı

CƏMİYYƏT 21.12.2023 1784

Danimarka və ABŞ alimləri tərəfindən hazırlanan "life2vec" adlı analitik proqram ölüm vaxtını təyin edir. 

"Saat24.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu proqramın əsas fərqi  mövcud məlumatlardan istifadə edərək gələcəyi proqnozlaşdırmasıdır.  Həmçinin,  "life2vec" ChatGPT kimi söhbət botudur.

ChatGPT istifadəçiləri ondan mahnı, şeir və ya məqalə yazmağı xahiş etdiyi kimi, "life2vec"dan da bir insan həyatı üçün "O, dörd ildən sonra öləcəkmi?" kimi sadə suallar verə bilərlər. 

Aparılan araşdırma nəticəsində  məlum olub ki, proqram vaxtından əvvəl ölüm barəsində xəbər verir. Alimlər bunun yeni bir kəşf olduğunu bildiriblər. Analitik proqramın ölüm vaxtını təyin etməsi insanlar tərəfindən maraqla qarşılanıb. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top