Azərbaycanda bu partiyanın adı dəyişdirilir

Sadə xəbər
GÜNDƏM 18.12.2023 1853

Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) adı dəyişdiriləcək.

"Saat24.az" xəbər verir ki, bu məsələ partiyanın İdarə Heyətinin toplantısında müzakirə olunub.

Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.

Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top