"Fahişəliklə məşğul olan qadınlar üçün cəzaların ləğvi təklif edilir. Bunun qəti əleyhinəyəm. Ona görə ki, bu, başqalarını da şirinikləşdirər".
"Saat24.az" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Tahir Kərimli deyib.
"Bizim Azərbaycan qadının xanım-xatın statusuna böyük xələl gətirər", - deyə deputat bildirib.
Xatırladaq ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında fahişəliklə məşğul olan qadınlar üçün cəza nəzərdə tutan hüquqi müddəaların ləğv edilməsi təklif edilir. Hesabatda qadınları cinsi istismara məruz qoyan cinayətkarların, o cümlədən gəlir məqsədli cinsi əlaqəyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, qadınların tabe mövqeyinin və onlara “obyekt” kimi yanaşmanın bütün formalarına qarşı mübarizənin aparılması və fahişəliyi dayandırmaq istəyən qadınların yardım proqramları və alternativ gəlir imkanları ilə təmin edilməsi təklif olunub.