Dəri xərçənginin qarşısını alan dərman hazırlandı

Sadə xəbər
Səhiyyə 12.10.2023 2028

Moffitt Xərçəng Mərkəzinin və ABŞ-nin Stenford Universitetinin alimləri  dəri xərçənginin qarşısının alınmasında təsirli olan NFX-179 dərmanını hazırlayıblar.

"Saat24.az" xəbər verir  ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.  

Skuamöz hüceyrəli dəri xərçəngi (SCC) dərinin epidermisinin və ya saç follikullarının epidermisinin epitelial hüceyrələrindən (keratinositlər) əmələ gələn dərinin bədxassəli şişidir. Dəri xərçəngin ən çox görülən ikinci növüdür.

Xəstəliyin inkişafının qarşısını alan dərmanlar var, lakin onların yan təsirləri ola bilər. 

Tədqiqatçılar MEK inhibitoru olan NFX-179-u yaradıblar. NFX-179 dəriyə tətbiq olunacaq kremdir. Epidermisin yuxarı və aşağı təbəqələrinə nüfuz edərək yüksək effektivliyi qoruyur.

Alimlər siçanlar üzərində bir sıra preklinik təcrübələr aparıblar və NFX-179-un yeni dəri skuamöz hüceyrəli karsinoma riskini 92% azaltdığını aşkar ediblər. Bundan əlavə, dərman ciddi yan təsirlərə səbəb olmayıb.

XƏBƏR LENTİ
07.10.2024 2017

DİGƏR XƏBƏRLƏR

Loading
Top