Bakıda bu avtobuslar gecikir - SİYAHI

CƏMİYYƏT 07.09.2023 1192

Bu gün səhər pik saatlarında paytaxtın küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərinin intervalında gecikmələr yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Saat24.az-a bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 18-22 dəqiqə gecikmə müşahidə olunur.

2. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə var.

3. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

4. Zabrat şosesi – Şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə qeydə alınır.

5. Heydər Əliyev prospekti - Şəhər istiqamətində (Bağirov körpüsü, Heydər Əliyev Mərkəzinə qədər) sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-14 dəqiqə gecikmə müşahidə olunur.

6. Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64, 81 nömrəli müntəzəm və E1 ekspress marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə var.

7. Yavər Əliyev küçəsi – Aeroport şosesi istiqamətində sıxlıq qeydə alınıb. Bu səbəbdən 24, 35, 40, 49, 113, 184, 208, 209 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-16 dəqiqə gecikmə müşahidə olunur.

8. Babək prospekti – Şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə qeydə alınır.

9. Badamdar şosesi, Abbasqulu Abbaszadə küçəsi İzzət Nəbiyev küçəsi istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən 3, 29, 31, 53 və 206 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top