Azad edilmiş rayonlarda nə qədər insan işləyir? - SİYAHI

Sadə xəbər
CƏMİYYƏT 18.08.2023 1957

2023-cü ilin iyul ayının 1-nə işğaldan azad edilmiş rayonlarda muzdla çalışan işçilərin sayı 49.5 min nəfər təşkil edib.

"Saat24.az" xəbər verir ki, ən çox muzdla çalışan işçilərin sayı Ağdam rayonunda(13.3 min nəfər) olub.

Qeyd edək ki, işğaldan azad edilmiş rayonlarda ən yüksək əməkhaqqı Şuşada olub. Belə ki, Şuşada yanvar-iyun ayları üzrə orta aylıq nominal əməkhaqqı 812.9 manat təşkil edib.

     
Azad edilmiş rayonlar Muzdla çalışan işçilərin sayı. Min nəfər Orta aylıq əmək haqqı Manatla
Ağdam rayonu 13.3 595
Füzuli rayonu 9.3 582.5
Laçın rayonu 7.4 588.6
Kəlbəcər rayonu 6.3 599.6
Cəbrayıl rayonu 3.2 685.3
Qubadlı rayonu 2.8 756
Şuşa rayonu 2.4 812.9
Zəngilan rayonu 2.2 789.2
Xocavənd rayonu 1.4 684.1
Xocalı rayonu 1.2 687.9
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top