Rafael Qrossi Zaporojyeyə gedəcək

CƏMİYYƏT 07.06.2023 2366

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi rusların Kaxovskaya SES-i partlatmasından sonra gələn həftə Zaporojye SES-ə gedəcək missiyaya rəhbərlik edəcəyini bildirib.

"Saat24.az" xəbər verir ki, bu barədə o, “Twitter” səhifəsində məlumat verib.

"Kaxovskaya SES-in bəndinin dağıdılmasından sonra mən gələn həftə gücləndirilmiş komanda ilə Zaporojye AES-ə növbəti Dəstək və Yardım Missiyasına rəhbərlik edəcəyəm", - Qrossi yazıb.

O, həmçinin əlavə edib ki, bu, “nüvə təhlükəsizliyi üçün həlledici məqamdır”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top