Türkiyəli jurnalistin Azərbaycana girişinə qadağa qoyuldu

GÜNDƏM 25.05.2023 2725

Türkiyəli jurnalist Nagehan Alçının Azərbaycana girişinə qadağa qoyulub. 

"Saat24.az" xəbər verir ki, bu barədə Türkiyədə prezidentliyə namizəd Sinan Oğan açıqlayıb. 

ATA İttifaqının namizədi onu Ərdoğanı dəstəklədiyinə görə ittiham edən jurnalistə belə cavab verib: "Nagehan xanım, siz də hamı kimi mənim keçmişimlə bağlı qınamağa bir şey tapa bilməyəndə öz təxəyyülünüzü satmağa başladınız? Sizcə, biz bilmirik ki, sizin məqsədiniz Azərbaycan prezidentinin Türkiyədə daxili siyasətə qarışdığını iddia etmək və Türkiyədə anti-azərbaycan cəbhəsi yaratmaqdır?! Deyəsən, Azərbaycana giriş qadağanızın olmasının acısı keçməyib!"

Qeyd edək ki, sözügedən jurnalistin Azərbaycana girişinə qadağanın nə zaman qoyulduğu açıqlanmayıb. 

XƏBƏR LENTİ
17.04.2024 3202

DİGƏR XƏBƏRLƏR

Loading
Top