Zərdab rayonunda məktəbin 100 illiyi qeyd olundu-Foto

CƏMİYYƏT 21.05.2023 4996
Saat24.Az xəbər verir ki, Zərdab rayonu Körpükənd kənd M.Hüseynzadə adına tam orta məktəbinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Keçirilən tədbirdə Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov, Millət vəkili Jalə xanım Əliyeva, YAP Zərdab rayon şöbəsinin sədri İlkin Əliyev,Hüquq mühafizə orqanlarının rəhbərləri,Mərkəzi Aran Regional Təhsil İdarəsinin sektor müdiri Elmin Məmmədtağıyev,Muxtar Eminov,Zərdab rayon Təhsil sektorunun müdiri Gülağa İsgəndərov, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəbin məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə ilk olaraq təhsil müəssisəsinin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat bildirib. 

Daha sonra çıxış edənlər XX əsrdə belə dünyəvi məktəblərin açıldığını və gələcək nəsillərin inkişafında və yetişməsində ziyalı təhsil işçilərinin əvəzsiz xidmətləri olduğunu və  eyni zamanda bir əsrlik yol keçən bu təhsil ocaqlarının zaman dəyişsə də, öz ənənələrinə sadiq qalaraq xalqımıza, dövlətimizə şərəflə xidmət edən şəxsiyyətlər bəxş etdiyini qeyd ediblər.

Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda rəhbərlik tərəfindən məktəbə, xatirə hədiyyələr təqdim olunub.





 



















XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top