Ağdaşda Beynəlxalq Muzeylər Günü qeyd edildi-Foto

CƏMİYYƏT 19.05.2023 1949

Saat24.Az xəbər verir ki,Mayın 18-də Ağdaş Tarix-Diyarşünaslıq və Maqsud Şeyxzadə Ev-Muzeyinin birgə əməkdaşlığı, rayon Mədəniyyət Mərkəzinin və Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, idarə müəssisə və təşkilatların əməkdaşları iştirak edib.

Şəhər Heydər parkında keçirilən tədbir zamanı ilk olaraq qonaqlar Ağdaş Dövlət Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq və Maqsud Şeyxzadə Ev-Muzeyi tərəfindən hazırlanan sərgiyə baxış keçirib.

Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov "Heydər Əliyev İli" çərçivəsində keçirilən tədbirin xüsusilə əhəmiyyətli olmasından, Ulu öndərin muzeylər, ümumiyyətlə mədəniyyət sahəsinə olan diqqət və qayğısından bəhs edib.

Tədbir Mədəniyyət Mərkəzinin əməkdaşlarının, məktəblilərinin ifalarında musiqi və şeir nömrələri ilə davam etdirilib.
Coşqun Abdullayev

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top