Naxçıvanda bu komissiyalar ləğv edildi

Sadə xəbər
CƏMİYYƏT 17.05.2023 2741

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub.

"Saat24.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 15 may tarixli 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub.

Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında”, “Bir sıra publik hüquqi şəxslərin ştat cədvəllərinin təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edilmiş, ”İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın aparılması barədə” qərarı ləğv edilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1 may 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” və ”Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunlaşdırılıb.

Naxçıvan MR Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” Qərarı “Naxçıvan Dəmir Yolları” MMC-nin müraciətinə əsasən ləğv edilib.

XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top