Qızlar və Qadınlar üçün İKT Akademiyası Layihəsinə start verilib -FOTO

CƏMİYYƏT 16.05.2023 1779

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyi “Qızlar və Qadınlar üçün İKT Akademiyası” Layihəsi çərçivəsində Ucar rayonunda mobil kurslar yekunlaşıb. 
Layihənin əsas məqsədi müxtəlif sahələrdə çalışan və işsiz Qızlar və qadınların İKT bilikləri və praktiki vərdişlərinə yiyələnməsi və çalışdıqları sahələrdə innovativ metodlardan istifadı etməsi  üçün müasir internet resurslarından istifadə bacarıqlarının artırılmasından ibarətdir.
10 mobil kursdan ibarət olan layihə Ucar və Göyçay da yaşayan 50 qız və qadınların yararlanmasına imkan yaradır. Mobil kurslar vasitəsi ilə iştirakçılar kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları,dizayn, e-hökumət, onlayn proqram resurslarından istifadə istiqamətində marifləndiriləcəkdir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top