15 May Beynalxalq Ailə Günüdür

CƏMİYYƏT 15.05.2023 1321
15 May Beynalxalq Ailə Günüdür.

Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Hazırda bu komitə dövlətin ailə siyasətini həyata keçirən bir qurum olaraq mövcud problemlər üzərində işləyir, onların həlli istiqamətində mühüm tədbirlər həyata keçirir.

Ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xanım ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir.
Ailə bütün cəmiyyətlərdə, o cümlədən də,Azərbaycanda ən mühüm məhəbbət mənbəyi, mədəni dəyərlərin, inancların, adət-ənənələrin, bilik və bacarıqların yeni nəslə ötürülməsi ölkəsi kimi tanınır. Digər bir tərəfdən isə, ailə istedadların çiçəklənməsi,  uşaqların əxlaqi, sosial, mənəvi və intellektual inkişafı üçün əsasdır. Həmçinin, bəşər mədəniyyətinin və sivilizasiyasının yaradılması dəyərlərin formalaşmasında təsirli amildir.   Cəmiyyətlərdə övladın qorunub saxlanması, uşaqların ictimailəşməsi, tanış və səmimi mühitin yaradılması bu sosial-mədəni qurumun üzərinə düşür.İnsani bir məktəb kimi ailəni uca tutmağa çox diqqət yetiririk və bunu tərbiyənin mərkəzi, dostluq və mərhəmət beşiyi hesab edirik.Azərbaycan Respublikasının ümumi siyasətlərində ailə cəmiyyəti və ailə məsələsi çox önəmlidir.  Bütün Türk xalqları ailə və onun ləyaqətinə fövqəl dəyərə malikdir.Ailə, Türk
mədəniyyətinin əsas təməllərindən biri kimi onlar üçün müqəddəs və dəyərlidir.
Ailə bir güvəndir!
Azəriqaz Qadın və İnkişaf Şurasının sədri Gülnar Rəhimqızı
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top