Bakı şəhər Musiqi Məktəbi Ağdaşda konsert proqramı ilə çıxış edib-FOTO

CƏMİYYƏT 15.05.2023 2006

Saat24.Az-ın məlumatına görə,13 may 2023-cü il tarixində Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin  kollektivi Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində konsert proqramı ilə çıxış edib.

Məktəbin xor kollektivinin ifası ilə başlanan proqram, sonra rəngarəng musiqi nömrələri ilə davam etdirilib. Bir-birindən istedadlı şagirdlər tərəfindən müxtəlif musiqi alətlərində səsləndirilən Azərbaycanın və xarici ölkə bəstəkarlarının dünyaca məşhur əsərləri tədbir iştirakçılarında böyük maraq doğurub.

Konsert proqramı zamanı Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin və Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri də öz çıxışları ilə tədbirə rəng qatıblar.

Sonda çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini icra edən Rafiq İsgəndərov və Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin direktoru Sevil Ələkbərova şagirdlərə uğurlar arzulayıblar. Bu kimi tədbirlərin uşaqların yaradıcılığında böyük rol oynadığından söhbət açan Rafiq İsgəndərov gələcəkdə də qarşılıqlı olaraq yaradıcılıq əlaqələrinin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Coşqun Abdullayev
 











XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top