
Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.
Bu barədə "Saat24.az"a Mədəniyyət Nazirliyindən bildirilib.
Onun nəşi bu gün saat 14:00-da Təzə Pir məscidindən qəbiristanlığa yola salınacaq.
Qeyd olunub ki, məsələ Mədəniyyət Nazirliyinin diqqətindədir, dəfnlə bağlı bütün məsələlər üzrə nazirlikdən kömək göstərilib.