“Şuşada Peşəkar Gənclik” məşğulluq proqramına yekun vuruldu-Foto

CƏMİYYƏT 04.05.2023 1830

Saat24.Az xəbər verir ki,Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Şuşa şəhərində “Şuşada Peşəkar Gənclik” proqramının yekun qiymətləndirilməsi və təltifetmə mərasimi həyata keçirdi.
Layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş Şuşa şəhəri və Qarabağ iqtisadi rayonunun digər tabeli ərazilərində gənclərin özünüməşğulluq imkanlarının artırılması və kiçik sahibkarlıq subyektlərinin yaradılmasıdır.Beləki layihə çərçivəsində 100-ə yaxın gəncə biznes modul təlimləri və peşəkar qənnadçılıq kursları tədris olunmuşdur.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirdi  ki , proqram iştirakçılarının seçimi zamanı onların mütləq əksəriyyətinin Qarabağ iqtisadi rayonu qeydiyyatlı olması əsas götürülmüşdür ki, bu da  Böyük Qayıdış prosesində onların əmək bazarına daha tez uyğunlaşması hesablanmışdır.Ümumilikdə 4 qrup üçün  hər birində 30 iştirakçı olmaq 5 günlük təlim proqramı həyata keçirilmişdir ki , burada biznes yönümlü təlimlər ilə yanaşı gənc xanımların peşəyönümlü fəaliyyətinin artırılması əsas hədəflərdən biri olmuşdur.
Qeyd edək ki, növbəti mərhələdə gənclərin nəzəri biliklərinin praktiki olaraq tətbiq olunması üçün məntorluq xidməti həyata keçiriləcəkdir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top