Dünən Bakıda temperatur normadan 4,6 dərəcə yuxarı olub

CƏMİYYƏT 29.04.2023 1812

Havanın temperaturu aprelin 28-də Bakıda iqlim normasından 4.6° yuxarı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Saat24.az"a verilən məlumata görə, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26°, Sumqayıtda 30° isti, Naxçıvanda 24-30° isti, dağlıq rayonlarda 21°-dək isti, aran rayonlarında 26-30° isti olub.

Ötən gün ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb (0.0 mm).

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top