Bakıda dumanlı hava müşahidə olunur

CƏMİYYƏT 29.04.2023 1665

Bakıda dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən “Saat24.az”a verilən məlumata görə, bu gün səhər saatlarında sinoptik şərait dumanın yaranması üçün əlverişli olmuşdu. Hava kütlələrinin zəif və mülayim cənub-şərq axınları rütubətliyin yüksəlməsi, eyni zamanda yaranmış inversiya qatı dumanın yaranmasına səbəb olub.

Belə ki, yerə yaxın təbəqədə temperaturun atmosferin yuxarı təbəqələrinə nisbətən aşağı enməsi, inversiya qatını əmələ gətirib.

Naftalan, Ağdam, Şamaxı, Şabran, Tərtər, Yevlax, Beyləqan, Göyçay, Şəmkir, Biləsuvar, Astara, Neftçala, Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top