Bu müəllimlər 3 il sertifikatlaşdırmadan keçməyəcəklər

Sadə xəbər
CƏMİYYƏT 28.04.2023 2881

Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmək müddəti azaldılır.

"Saat24.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişiklik edilib.

Hazırkı qanuna görə, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) ilk dəfə işə qəbul olunan təhsilverənlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Təklif olunan dəyişikliyə əsasən, bu müddət 5 ildən 3 ilə endirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top