![](https://cdn.saat24.az/uploadedfiles/custom/2023/4/22/1/6cd75a0f-4644-4b07-b1df-494559e9e537/1630485997_bakuhava730072_df6d251032_k_361.jpg)
Bakıda və Abşeron yarımadasında aprelin 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Saat24.az"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21°, bəzi yerlərdə 24° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13°, bəzi yerlərdə 18° isti olacaq.