"Səfirlərlə söhbət sərt tonda keçdi" - Zaxarova

GÜNDƏM 19.04.2023 1502

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün ABŞ, Böyük Britaniya və Kanadanın Xarici İşlər Nazirliyinə çağırılan səfirləri ilə söhbətin sərt tonda keçdiyini bildirib.

"Saat24.az" xəbər verir ki, bu barədə Zaxarova "Sputnik" radiosunun efirində məlumat verib.

“Dünən onları Xarici İşlər Nazirliyinə çağırıblar. Onlara hər şey  sərt bir tonda, nəyisə yumşaltmadan izah edildi". 

Daha əvvəl Mariya Zaxarova bəyan etmişdi ki, ABŞ, Böyük Britaniya və Kanada səfirlərinin Vladimir Kara-Murza barəsində çıxarılan hökmlə bağlı sözləri ölkənin daxili işlərinə müdaxilədir. O qeyd edib ki, Böyük Britaniyanın Rusiyadakı səfiri Debora Bronnertin sözləri Moskvada qəbuledilməz hesab olunur.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, London Kara-Murza ailəsini dəstəkləməyə davam edəcək, həmçinin siyasətçinin həbsində əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi üçün “əlavə tədbirləri nəzərdən keçirəcək”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top