Bayram namazının vaxtı açıqlandı

Sadə xəbər
CƏMİYYƏT 19.04.2023 1260

Ramazan ayının bayramı namazının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən Saat24.az-a verilən məlumata görə, Təzə Pir Məscidində bayram namazı aprelin 21 və 22-də qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində isə qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top