Məşhur Vəkil Adəm Məmmədovun yeni kitabı işıq üzü gördü-Foto

CƏMİYYƏT 08.04.2023 6836

Vəkil-yazar Adəm Məmmədovun "Oğurlanmış adam” detektiv romanı çap olunub.

Real faktlar əsasında qələmə alınan roman qəribə bir cinayət hadisəsindən bəxş edir.

Leş Kələntər qeyri-qanuni yolla külli-miqdarda pul və qızıl yığıb. Bir gün onun oğlu Zaur seyfdəki pul və qızıllarla birlikdə yoxa çıxır.

Ölkəni bir-birinə vuran bu cinayət hadisəsi adam oğurluğudurmu, yoxsa sadəcə talançılıq? Sualın cavabını tapmaq heç cür mümkün olmur. Hətta hadisədə iştirak edənlər tutulub istintaqa cəlb edilsə də, sirlər çözülmür. Kimin günahlı, kimin günahsız olduğunu dəqiq bilən yoxdur.

Belə bir vəziyyətdə uzun müddət hüquq sistemindən aralanan təcrübəli vəkil David işə qarışır. Hadisələr çözüldükcə oxucu bütün qaranlıq məqamlardan halı olur.

Sonluq isə əsl sürprizə çevrilir.

"Qanun” Nəşrlər Evində işıq üzü görən kitabın yaxın günlərdə təqdimat mərasimi və imza günü keçiriləcək.

Saat24.Az


 

 







XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top