Soyqırımı gününün 105-ci ildönümü ilə əlaqədar Zərdab rayonunda tədbir keçirilib-Foto

CƏMİYYƏT 01.04.2023 1946

31 mart 2023-cü il tarixdə Azərbaycanlıların Soyqırımı gününün 105-ci ildönümü ilə əlaqədar Zərdab rayonunda tədbir keçirilib. Anım mərasimində Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Zərdab rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİH yanında İctimai Şuranın və digər ictimai birliklərin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir soyqırımı qurbanlarının və ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının ruhuna dualar verilməsi ilə başlanılıb. Sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən məktəblilərin və gənclərin 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib, Şəhidlərin Xatirə parkında soyqırımı qurbanlarının şərəfinə ucaldılan abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyularaq şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.





 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top