Parisdəki nümayişlərdə 120 nəfər saxlanıldı

CƏMİYYƏT 17.03.2023 2259

Parisdə pensiya islahatlarına qarşı keçirilən nümayiş zamanı polis 120 nəfəri saxlayıb. 

"Saat24.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti  məlumat yayıb. 

Nəşrin məlumatına görə, etirazçılar əvvəlcə Fransa paytaxtının mərkəzindəki Konkord meydanına toplaşıb, daha sonra barrikadaya yığılan lövhələri yandırıb, zibil qutularını aşırıblar. Bundan əlavə, onlar prezident Makron, baş nazir Elizabeth Bourne və digər əsas məmurların plakatlarını yandırıblar.

Nəticədə polis gözyaşardıcı qazdan istifadə etməyə başlayıb. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və butulka atıblar.

Qəzet yazır ki, mitinqlər Lion, Renn, Nant və Marseldə də keçirilib.

Bundan əvvəl, martın 16-da Fransanın baş naziri Elizabet Born pensiya islahatları haqqında qanunun parlamentin ratifikasiyası olmadan qəbul edildiyini rəsmən elan edib. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top