
Saat24.Az xəbər verir ki, Aksiyada Ağsu rayon icra hakimiyyətinin başçısı başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat və müəssisələrinin kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Aksiya Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı təşkil olunub.Ağsu-Rəhimli-Qaradağ avtomobil yolunun 1,5-ci kilometrliyində keçirilən ağacəkmə aksiyasında 100 ədəd sərv, 150 ədəd müxtəlif növ meyvə ağacları əkilib. Əkilən hər bir ağac tinginə arqotexniki qulluq göstərilib. Həmçinin, Ağsu şəhəri ərazisində iməciliklər təşkil olunub.






















